Rusiyada Ukrayna xüsusi xidmət orqanlarının - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Təhlükəsizlik Xidmətinin şəbəkəsi fəaliyyət göstərir.
Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak yerli “Kanal 24” tele-radio şirkətinin efirində bildirib.
Podolyakın sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları bu şəbəkədən istifadə edir.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov da etiraf etmişdi ki, Ukrayna hərbi kəşfiyyatının xüsusi təyinatlı bölməsi sayılan “Şaman” batalyonu Rusiya ərazisində diversiya hücumları həyata keçirir.