Nigerdə hərbi qiyamçıların tərəfdarları ölkənin paytaxtı Niameydəki Fransa hərbi bazası yaxınlığında nümayiş keçirirlər.
Bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
Bildirilib ki, söhbət bir neçə min nəfərdən gedir.
Qeyd olunub ki, nümayişçilər Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) əleyhinə şüarlar səsləndirirlər.