İsraillilər yenidən etiraz edirlər
VİDEO

Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin İsraildəki məhkəmə islahatının əleyhdarları şənbə axşamı ölkə daxilində bir sıra yeni kütləvi etiraz aksiyaları təşkil ediblər. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ən böyük nümayiş müxalifət əhval-ruhiyyəsinin güclü olduğu Təl-Əvivdə keçirilib.

 

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib və islahatların geri çağırılmasını tələb ediblər. Təl-Əvivdə yürüş Dizengofun mərkəzi meydanından şəhərin şərqindəki ənənəvi kütləvi mitinqin keçirildiyi hökumət binaları kompleksinə keçib.

 

İsrail televiziyasının 13-cü kanalının məlumatına görə, Təl-Əvivdə hazırkı aksiya 100 mindən çox iştirakçı toplayıb. Bu axşam nümayişlər ölkənin bir çox digər şəhərlərində, o cümlədən Hayfa, Kfar-Sava və Herzliya şəhərlərində də baş tutub. Ümumilikdə təşkilatçılar şənbə günü axşam İsrail boyu 150 aksiya keçirəcəklərini bildiriblər.

 

Qeyd edək ki, məhkəmə islahatının əleyhdarları ardıcıl 32-ci şənbə günü kütləvi etiraz aksiyaları keçirirlər.

 

İsraildə kütləvi etirazlar Netanyahunun rəhbərlik etdiyi ölkə hökumətinin genişmiqyaslı məhkəmə islahatı planını təqdim etdiyi İlin əvvəlindən davam edir.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.