Avqustun 15-də səhər tezdən Braziliyada 26 ştatdan 25-də və ölkənin paytaxtının daxil olduğu federal dairədə elektrik enerjisi kəsilib.
Bu haqda G1 portalı məlumat yayıb.
Braziliyanın milli elektrik şəbəkəsi operatoru hadisənin yerli vaxtla təxminən səhər saat 8:30-da qeydə alındığını bildirib. Ölkənin cənubu, cənub-şərqi ilə şimal və şimal-qərbi arasında sistemdə əlaqənin kəsilməsinə səbəb olan nasazlığın səbəbləri araşdırılır.
Elektrik enerjisinin kəsilməsi təkcə vahid sistemə qoşulmayan Rorayma ştatına təsir etməyib.
Son məlumata görə, hazırda ölkənin cənub, cənub-şərq və qərb ştatlarında elektrik enerjisinin verilişi bərpa edilib.(“Qafqazinfo”)