Ukrayna müharibədə qələbə qazanana qədər NATO bu ölkəyə kömək edəcək.
Bunu Alyansın Baş katibi Yens Stoltenberq bu gün Norveçin paytaxtı Oslo şəhərində keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Stoltenberq bunu Ukraynanın NATO-ya mümkün üzvlüyü və Kiyevin münaqişəyə son qoymaq üçün mümkün ərazi güzəştləri ilə bağlı sualı cavablandırarkən deyib.
Xatırladaq ki, 15 avqustda NATO-nun Baş Qərargah rəisi Stian Jensen İsveçin “Verdens Gang” qəzetinə müsahibəsində Ukraynanın bəzi ərazilərindən imtina müqabilində Şimali Atlantika Alyansına qoşula biləcəyi ilə bağlı açıqlama verib.