Moskvaya yenə dron hücumu oldu - VİDEO, FOTO

Bu gün səhər saatlarında Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Moskvadakı obyektlərə hücum cəhdləri olub.

 

TASS bildirir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

 

“Pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib və paytaxtın Krasnopresnenski sahilyanı ərazisinə düşüb”, - məlumatda qeyd olunub.

 

Zərərsizləşdirilən digər PUA-nın qalıqları isə “Eksposentr” adlandırılan əraziyə düşüb.

 

İlkin məlumata görə, zərərçəkən yoxdur.

 

Şəhərin fövqəladə hallar xidmətləri hadisə yerində işləyir.

 

Eyni zamanda, Moskvada fəaliyyət göstərən aviasiya xidmətlərinin məlumatına görə, dron hücumları nəticəsində Vnukovo hava limanı ərazisində hava məkanı bağlanıb, uçuşlar və enişlər təxirə salınıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.