Ukraynanın Baş naziri Denis Şmıqal Rumıniyada səfərdədir.
Bu barədə Rumıniyanın Baş naziri Marçel Çolaku “Rumıniya radiosu”nun efirində bildirib.
Onun sözlərinə görə, hökumət başçıları regional təhlükəsizliklə bağlı aspektləri müzakirə edəcəklər:
"Bu gün mühüm gündür, çünki Ukraynanın Baş naziri Denis Şmıqal ölkəmizdə rəsmi səfərdədir. Biz regional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparacağıq. Həmçinin, hazırda qlobal qida təhlükəsizliyini təmin etmək üçün Ukrayna taxılının tranzit edilməsi məsələsində Rumıniyanın səylərini, eləcə də bizim fermerlərin və Ukraynadakı rumın azlığının hüquqlarını qorumaq üçün gündəmdə olan məsələləri müzakirə edəcəyik”.
Çolaku qeyd edib ki, Ukraynanın Baş naziri artıq Rumıniya ərazisindədir.
Xatırladaq ki, bu səfər barədə əvvəllər məlumat verilməyib.