Türkiyə Liviyanın Holms limanını 99 illiyinə icarəyə götürüb?
QARŞI TƏRƏFDƏN TƏKZİB GƏLDİ

Liviya Milli Birlik Hökuməti (LMBH) Türkiyənin Liviyanın Homs limanını orada hərbi baza yaratmaq üçün icarəyə götürməsi ilə bağlı məlumatı rəsmi şəkildə təkzib edib. 


Senzor.az bildirir ki, müvafiq bəyanatı LMBH-in rəsmi nümayəndəsi Məhəmməd Həmmud  Limanlar və Dəniz Nəqliyyatı İdarəsinin rəhbəri Məhəmməd əl-Sivi və Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Nuriddin əl-Buninin  müşayiəti ilə Homs limanında olarkən verib.


Hammuda jurnalistləri "Liviya ictimai rəyini qıcıqlandırmamaq" üçün məlumatların düzgünlüyünü diqqətlə yoxlamağa çağırıb.


Əl-Sivi vurğulayıb ki, “qonşu ölkələrlə ticarət dövriyyəsini artırmaq və Liviya iqtisadiyyatının inkişafında onun rolunu gücləndirmək üçün limanın inkişafı planı var”.


Qeyd edək ki, bundan əvvəl Türkiyə mediası Türkiyənin Liviyanın Homs limanını 99 il müddətinə icarəyə götürdüyü və burada hərbi baza yerləşdirəcəyi barədə məlumat yayıb. 


Türkiyə rəsmiləri hələlik bu xəbərlərə münasibət bildirməyib.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.