Hakan Fidan Ukraynaya səfər edə bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan gələn həftə Ukraynaya səfər edə bilər.


Xarici KİV xəbər verir ki, bu barədə diplomatik mənbədən bildirilib.


Qeyd olunub ki, səfərin məqsədi “Taxıl sazişi”nin bərpasıdır.


H.Fidan ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşəcək.


Səfərin avqustun 25-də baş tutacağı gözlənilir.


Bu, H.Fidanın Türkiyənin xarici işlər naziri kimi Ukraynaya ilk səfəri olacaq.


Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələ ki iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.


Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.


Türkiyə və Rusiya liderlərinin bu ay keçiriləcək görüşündə sözügedən məsələnin müzakirə olunacağı gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.