Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 140 nəfərə çatıb.
Ukrayna KİV-i xəbər verir ki, bunu Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.
Onun sözlərinə görə, 140 nəfərdən 41-i xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 60-dan çox evə ziyan dəyib. Avqustun 19-dan 21-dək şəhərdə matəm elan edilib.
**17:59(19.08.2023)
Ukraynanın Çerniqov vilayətinə ballistik raketlə hücum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko məlumat verib.
O qeyd edib ki, hadisə nəticəsində 7 nəfər ölüb, 117 nəfər isə yaralanıb: “Yaralananlardan 10-u polis, 12-si isə uşaqdır”.
Çerniqovda 19-21 avqust ölənlərin xatirəsinə matəm günləri elan edilib.
Daha sonra Rusiyanın təbliğat mənbələri Çerniqovda zərbənin məqsədinin “Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlar üzrə hərbi mütəxəssislərini bir yerə cəmləmək” olduğunu bildiriblər.