Pakistanın keçmiş xarici işlər naziri və müxalifətdəki Ədalət Hərəkatının (ƏH) başçısı Şah Mehmud Qureyşi saxlanılıb.
Bu barədə “Reuters” agentliyi partiyanın nümayəndəsi Zülfi Buxariyə istinadən məlumat yayıb.
Agentlik siyasətçinin saxlanılmasına nəyin səbəb olduğu barədə məlumat verməyib.
Qeyd edək ki, avqustun əvvəlində lideri İmran Xanın olmadığı müddətdə o, ƏH-ə rəhbərlik edib.