Moskvanın “Domodedovo” və “Vnukovo” hava limanları fəaliyyətini bərpa edib - YENİLƏNİB

Moskvanın “Domodedovo” və “Vnukovo” hava limanları fəaliyyətini bərpa edib.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, dron hücumuna cəhddən sonra Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanları normal rejimdə işləyir.

**09:14

Ukraynaya məxsus pilotsuz uçan aparat (PUA) Moskva səmasında uçmağa cəhd etsə də, qarşısı alınıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

 

“Gecə cənub istiqamətində Moskvaya pilotsuz uçan aparatla uçmağa cəhd edilib. O, hava hücumundan müdafiə qüvvələri tərəfindən dayandırılıb”, - deyə S.Sobyanin teleqram kanalında yazıb.

 

Sobyanin hərbçilərə gördüyü işlərə görə təşəkkür də edib.

 

Bu arada məlum olub ki, Rusiya  paytaxtının Domodedovo və Vnukovo hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

 

“Vnukovo və Domodedovo təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb”, - deyə aviasiya xidmətləri məlumat yayıb.

 

“Flightradar” xidmətinin məlumatına görə, təyyarələr Şeremetyevoya yönləndirilib, bəzi təyyarələr Ryazan vilayətində gözləmə zonasındadır.

 

Amma bunun PUA hücumu ilə bağlı olub-olmaması barədə məlumat verilməyib. 


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.