Danimarka 19 ədəd F-16 qırıcıcısının Ukraynaya təhvil verilməsi ilə bağlı məlumatı təsdiqləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
“Qırıcılar Ukrayna tərəfindən çoxdan tələb olunur və digər məsələlərlə yanaşı, bu, Ukraynaya öz hava məkanını Rusiyanın qeyri-qanuni təcavüzündən qorumaqda kömək etməlidir”, - nazirlik bildirib.
Qeyd olunub ki, Danimarka digər ölkələrin də koalisiyaya qoşulması üçün çalışacaq və Ukraynanın azadlıq mübarizəsinə töhfə verəcək.
Xatırladaq ki, Niderland da Ukraynaya 42 ədəd F-16 verəcək.