Minlərlə nigerli qadın Niameydəki Fransa hərbi bazasının qarşısına toplaşaraq oturaq aksiya keçiriblər.
Bu barədə “Arabskaya Afrika” Telegram kanalı məlumat yayıb.
Onlar Fransa qoşunlarının ölkədən çıxarılmasını tələb edib, həmçinin Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) qüvvələrinin Nigerə gözlənilən müdaxiləsinə qarşı olduqlarını bildiriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Nigerdəki üsyançılar ECOWAS qüvvələrinin müdaxilə təhlükəsinə görə Benin və Nigeriya ilə sərhədə qoşun yeridiblər.