“Təhlükəsizlik qüvvələri Putindən Şoyqu və Gerasimovun istefaya göndərilməsini tələb edir”
KİV

Rusiya təhlükəsizlik qüvvələri Prezident Vladimir Putindən müdafiə naziri, ordu generalı Sergey Şoyqunu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu istefaya göndərməyi tələb edir.

Bu barədə “Blomberg” Rusiya elitasındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, məqsəd ölkədə tam səfərbərliyin elan edilməsidir.

Qeyd olunub ki, Rusiya elitasındakı müəyyən təbəqə V.Putinin “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin iyun ayındakı silahlı qiyam cəhdinə zəif cavab verməsindən narahat olub: “İndi tam səfərbərlik üçün Şoyqu və Gerasimovun istefası tələb olunur. Təhlükəsizlik qüvvələri daha aqressiv müharibəyə, o cümlədən tammiqyaslı səfərbərliyə və hərbi vəziyyətə keçidin bir hissəsi kimi Şoyqunu başqası ilə əvəz etmək istəyirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyun ayından Ukrayna ordusu cəbhə xəttində əks-hücum əməliyyatları həyata keçirir.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.