ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Belarusu “dərhal tərk etməyə” çağırıb.
Senzor.az bildirir ki, ABŞ-ın Minskdəki səfirliyinin yaydığı press-reliz-də belə deyilir.
“Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Litva və Latviya ilə qalan sərhəd məntəqələrindən və ya təyyarə ilə çıxmağı gözdən keçirin. ABŞ vətəndaşlarının Belarus üzərindən quru yolu ilə Polşaya daxil olmasına icazə verilmir”, - sənəddə diqqətə çatdırılıb.