Moskva vilayətində hava hücumundan müdafiə sistemi tərəfindən 2 dron zərərsizləşdirilib.
Senzor.az bildirir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin özünün Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, pilotsuz təyyarələr Moskva vilayətinin Çatsov və Krasnoqorsk yaxınlığında vurulub. Artıq təhlükəsizlik xidmətinin nümayəndələri hadisə yerinə yola düşüblər.
Fövqəladə hallar xidmətinin KİV-ə verdiyi məlumata görə, Krasnoqorskda çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş qəza nəticəsində bir neçə mərtəbənin şüşələri sınıb. Evin qarşısında dayanan avtomobillərə də ziyan dəyib.