Ordu generalı Sergey Surovikin Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən kənarlaşdırılıb.
Senzor.az bildirir ki, bu barədə "Exo Moskvı" radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov telegram kanalında yazıb.
Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinin silahlı qiyamından sonra Surovikin ictimaiyyət qarşısına çıxmayıb. Bəzi iddialara əsasən, o, Priqojinlə yaxın əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.
Bəziləri isə məşhur generalın hətta həbs olunduğunu iddia edirlər. Amma Sergey Surovikinin qızı bildirib ki, bu xəbər həqiqəti əks etdirmir.