Polşa Amerika helikopterləri və tankları ilə şərq sərhədində keçilməz maneə yaratmaq niyyətindədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.
“Dövlət Departamentinin Polşaya 96 “Apaçi” hücum helikopteri satmağa razılıq verməsindən çox məmnunuq. Bunlar dünyanın ən yaxşı hücum helikopterləridir”, -deyə nazir söyləyib.
O qeyd edib ki, “Apaçi” Polşa ordusunun xidmətində olan “Mi-24”ləri əvəzləyəcək.
Hücum helikopterlərinin ölkəyə gələn il gətirilməsi nəzərdə tutulur.