Türkiyə Ukraynaya "Bayraktar TB2" pilotsuz uçuş aparatı (PUA) hədiyyə edib.
“Ukrinform” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Baykar texnologiya” şirkəti Ukraynanın Müstəqillik Günü münasibəti ilə Kiyevə zərbə PUA-sı verib.
Bildirilib ki, bu texnika Rusiya qoşunlarının hücumlarının dəf edilməsinə kömək göstərəcək.