İran Prezidenti İbrahim Rəisinin Cənubi Afrikaya səfəri ilə eyni vaxtda İranda İnsan Haqları Təşkilatının rəhbəri Mahmud Əmiri Müqəddəm onunla bağlı fikirlərini dilə gətirib.
Mahmud Əmiri Müqəddəm İbrahim Rəisinin insanlığa qarşı cinayətlərdə ittiham edildiyini və mühakimə olunmalı olduğunu deyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
“Hər kəs İbrahim Rəisinin varlığına etiraz etməlidir. İslam Respublikası rejimində “Ölüm Şurasının və hökumətin” başçısı İbrahim Rəisi Cənubi Afrika hökumətinin qonağıdır. İnsanlığa qarşı cinayətin qurbanı olan CAR hökumətinin bu yüksək vəzifəli cinayətkara ev sahibliyi etməsi təəssüf doğurur”, - deyə o qeyd edib.