Latviya Ukraynaya daha bir Mi-17 helikopterini təhvil verib.
Bunu Latviyanın müdafiə naziri İnara Murniyetse özünün “X” sosial şəbəkəsində bildirib.
İ.Murniyetse qeyd edib ki, Ukrayna uğurlu döyüş aparır və öz ərazilərini geri alır: "Latviya müharibədə Ukrayna tam qələbə qazananadək ona dəstək olacaq".