Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan daha bir pilotsuz uçan aparatını (PUA) vurublar.
Senzor.az bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.
“Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatı məhv edib", - deyə Moskva meri bildirib. Onun sözlərinə görə, ilkin məlumata əsasən, tələfat və dağıntı yoxdur.
Sobyanin əlavə edib ki, fövqəladə hallar xidmətinin əməkdaşları təcili hadisə yerinə cəlb olunub.