Ukrayna qüvvələri Belqoroda zərbə endirib

Rusiyanın Belqorod vilayətinin Urazovo kəndi Ukrayna qüvvələri tərəfindən kaset bombalarından atəşə tutulub, yaralananlar var.

TASS xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov "Telegram"da bildirib.

"Ukrayna Silahlı Qüvvələri Valuyski şəhər rayonunun Urazovo kəndini "Qrad" mərmilərindən atəşə tutub. Kassetalar fərdi yaşayış evlərinə və kənd təsərrüfatı mağazasının ərazisinə düşüb. İlkin məlumata görə, dörd qurban var: üç kişi və bir qadın. Hamısında qəlpə yaraları var”, - Qladkov "Telegram" kanalında yazıb.

O bildirib ki, yaralılar Valuyski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, həkimlər onlara lazımi tibbi yardım göstərirlər. Atışma nəticəsində bir neçə yaşayış binasına və avtomobillərə ziyan dəyib.

Region rəhbərinin sözlərinə görə, təyyarə tipli PUA da Şebekinski rayonunda hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.