“İstanbulun Maltəpə rayonununda baş verən yanğın söndürülüb”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu açıqlama ilə İstanbulun qubernatoru Davud Gül çıxış edib.
Xatırladaq ki, avqustun 26-da axşam saatlarında Türkiyənin İstanbul şəhərinin cənub-şərqindəki Maltəpə bölgəsində meşə yanğını baş verib.
**23:56(26.08.2023)
İstanbulun Maltəpə rayonunun Başıbüyük məhəlləsində meşədə yanğın başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bölgəyə xüsusi texnika və yanğınsöndürənlər cəlb edilib.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Xatırladaq ki, son iki ayda Türkiyənin, cənub və qərb bölgələri də daxil olmaqla, bir çox ərazilərində isti hava şəraiti qeydə alınıb. Bu səbəbdən bir çox rayonlarda meşə yanğınları müşahidə olunub.