İsraildə növbəti etiraz aksiyası keçirilir.
Senzor.az yerli KİV-ə stinadən bildirir ki, hazırda İsrail Baş naziri Benyamin Netanyahunun Qüdsdəki evi etirazçılar tərəfindən mühasirəyə alınıb.
Qeyd edək ki, daha öncə Netanyahu və həyat yoldaşının Təl-Əvivdə olduğu bildirilib.
Yeri gəlmişkən, hökumətin siyasətinə etiraz etmək üçün Təl-Əvivdə 100 min israilli küçələrə çıxıb.