Hindistanın “Munitions India Limited” silah şirkətinin rəhbəri “Cənubi Qafqaz ölkələrindən birindən” qumbaraların modifikasiyası üçün hökumət sifarişi aldığını açıqlayıb.
Bu barədə “Indian Defense Updates” yutub kanalı bildirib.
Sifarişçi ölkənin adı çəkilməsə də, söhbətin, yəqin ki, Ermənistanda getdiyi vurğulanıb.
Bundan başqa, Hindistanın digər silah şirkəti “Bharat Forge” cari ilin birinci rübündə müdafiə silahlarının rekord səviyyədə satışını, o cümlədən Ermənistana MArG özüyeriyən haubitsalarının, eləcə də Təkmil yedəkli artilleriya sisteminin (ATAGS) gətirildiyini bildirib.