Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətini atəşə tutub.
TASS-ın verdiyi xəbərə görə, Belqorod vilayəti ərazisinə 140 mərmi, o cümlədən pilotsuz aparatlardan partlayıcı qurğular atılıb.
Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Eyni zamanda 50 evə, 2 sosial obyektə, 3 müəssisəyə və 8 avtomobilə ziyan dəyib.