Ukrayna ordusu cəbhənin cənub istiqamətində Rusiyanın ən güclü müdafiə xəttini yarıb

“Ukrayna ordusu cəbhənin cənub istiqamətində Rusiyanın ən güclü müdafiə xəttini yarıb”.


Bunu Ukraynanın cənub-şərqində yerləşən Robotin kəndini işğaldan azad edən bölmələrin komandiri bildirib.


Adı açıqlanmayan hərbçi deyib ki, bundan sonra Ukrayna qoşunları həmin istiqamətdə daha sürətli irəliləyəcək.


O vurğulayıb ki, Robotin kəndi strateji əhəmiyyətə malikdir.


Məlumata görə, bu kəndin azad olunması Tokmak şəhərinə gedən yolu da açır. Ukrayna Tokmakı geri ala bilsə, bu, əlamətdar hadisə olacaq və qoşunların cənuba, Azov dənizinə doğru irəliləməsinə imkan verəcək. Bu addım Ukraynaya Rusiya qüvvələrini parçalamağa kömək edəcək.


Qeyd edək ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar daha əvvəl Robotin kəndinin azad edildiyini açıqlamışdı.


Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.