Putin Hindistanın Baş naziri ilə danışdı

Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Kremlin rəsmi məlumat yayıb.

 

Tərəflər Rusiya-Hindistan münasibətlərini müzakirə edib və kosmik tədqiqatlar sektorunda ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəliblr.

 

Rusiya və Hindistan liderləri BRİKS sammitinin (22-24 avqust tarixində CAR-ın paytaxtı Yohannesburqda keçirilib-red.) nəticələrini müzakirə ediblər və təşkilatın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Telefon danışığı zamanı enerji sektorunda əməkdaşlıq və nəqliyyat infrastrukturunun tikintisi məsələləri də müzakirə edilib.

 

Putin və Modi həmçinin 9-10 sentyabrda Hindistanda keçiriləcək G-20 Liderlərin Zirvə Sammiti ilə bağlı fikir mübadiləsi aparıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.