Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq.
Bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Lavrov və Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq”, - deyə mənbə bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iki ölkənin nazirləri arasında danışıqlar yaxın vaxtlarda Moskvada baş tutacağını açıqlamışdı.(APA)