Qabonda da hərbçilər hakimiyyəti ələ keçirdilər - PREZİDENT EV DUSTAQLIĞINDADIR
VİDEO, FOTO

Bir qrup yüksəkrütbəli hərbçi “Qabon 24” telekanalında çıxış edərək, indi Mərkəzi Afrika ölkəsinə rəhbərlik etdiyini açıqlayıb.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, onlar həmçinin hakimiyyət institutlarının buraxıldığını qeyd ediblər.

 

Bu, Qabon Seçki Komissiyasının Prezident Əli Bonqonun üçüncü dəfə prezident seçkisində qalib gəldiyini elan etməsindən dərhal sonra baş verib. Üsyançılar səsvermənin nəticələrini tanımayacaqlarını bildiriblər.

 

Hazırda Qabonun paytaxtı Librevildə atışma səsləri eşidilir.

 

Bu arada dövlət televiziyası  Prezidentin ev dustaqlığına alındığı barədə məlumat yayıb: “Prezident Əli Bonqo Ondimba ailəsi ilə birgə və həkimlərin nəzarəti altında ev dustaqlığındadır”.

 

Məlumatda həmçinin bildirilir ki, dövlət başçısının oğullarından biri dövlətə xəyanətə görə həbs edilib.


Qeyd edək ki, keçən ay Nigerdə hərbi çevriliş baş verib və üsyançılar hakimiyyəti ələ keçiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.