Pakistanın xüsusi məhkəməsi dövlət sirlərinin yayılması işi ilə əlaqədar ölkənin keçmiş Baş naziri İmran Xanın həbs müddətini sentyabrın 13-dək uzadıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İmran Xanın vəkili Salman Safdar məlumat verib.
S.Safdar jurnalistlərə açıqlamasında bu qərarın məntiqsiz və qanunazid olduğunu bildirib.
Xatırladaq ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb.