Böyük Britaniyanın enerji və karbon neytrallığı naziri Qrant Şapps sabiq nazir Ben Uollesin yerinə müdafiə naziri təyin edilib.
Bu barədə “Sky News” telekanalı bildirib.
Bu gün Baş nazir Rişi Sunak Ben Uollesin istefasını təsdiq edib.
**12:01
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles vəzifəsindən istefa verib.
Bu barədə Britaniyanın “Sky News” televiziyası məlumat yayıb.
O, bununla bağlı ölkənin Baş naziri Rişi Sunaka müraciət edib. Hökumət başçısı B.Uelsin istefasını qəbul edib. Onun vəzifədən getməsinin səbəbi hələ ki, məlum deyil.
Bu gün Böyük Britaniyanın yeni müdafiə nazirinin adının açıqlanacağı gözlənilir.
Qeyd edək ki, B.Uolles 2019-cu ildə müdafiə naziri təyin olunub.
O, bir müddət əvvəl deyib ki, siyasətdən bezib və vəzifədən getmək niyyətindədir.