“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında keçiriləcək görüş “Taxıl sazişi”nin bərpası üçün sonuncu şans olacaq”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı xarici işlər nazirlərinin İspaniyanın Toledo şəhərində keçirilən qeyri-rəsmi görüşündə çıxışı zamanı deyib.
O, buna əminliyini ifadə edib: “Biz bilirik ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş olacaq. Bu, əslində Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə qayıdıb-qayıtmayacağını öyrənmək üçün demək olar ki, son fürsət olacaq”.(“Report”)