"Türkiyə Cənubi Qafqazda münasibətlərin yaxşılaşdırılması səylərində çox mühüm, konstruktiv və faydalı rol oynayır".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada görüşündə deyib.
“Qaziyadakı vəziyyəti ətraflı müzakirə etdik. Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində, o cümlədən, nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasında, eləcə də münaqişədən sonrakı vəziyyətin bərpasında maraqlıyıq. Biz əminik ki, Türkiyə bu səylərdə çox mühüm, konstruktiv və faydalı rol oynayır. Biz, həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıyıq", - deyə Lavrov bildirib.
**16:28
Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında görüş başlayıb.
“Report” xəbər verir ki, hazırda nazirlər təkbətək danışıqlar aparırlar.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olacaq.
Danışıqlardan sonra S.Lavrov və H.Fidan birgə mətbuat konfransı keçirəcək.