Ukrayna ordusu uzaq mənzilli silahlarla 700 km məsafədəki hədəfi vurub.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandanın Qərargahının iclası zamanı bildirib.
Zelenski iclas zamanı Mərkəzi Komitənin döyüş meydanındakı vəziyyət haqqında hesabatını dinləyib.
İclasda həmçinin Müdafiə Nazirliyinin rəhbər heyəti də iştirak edib və Silahlı Qüvvələrin silah-sursat təminatı barədə məlumat verilib.
Ukrayna Prezidenti Nazirlər Kabinetinə qışa hazırlıq tədbirləri, enerji sisteminin soyuq havalar üçün hazırlanması və yeraltı bomba sığınacaqlarının vəziyyətinin yoxlanması barədə tapşırıqlar verib.