Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov vəzifəsindən azad olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Yerjan Sadenov yeni daxili işlər naziri təyin edilib. O, əvvəllər DİN rəhbərinin müavini vəzifəsində çalışıb.