BMT və Türkiyənin "Taxıl dəhlizi" ilə bağlı yeni təkliflərinin detalları açıqlanıb

BMT "Taxıl dəhlizi" ilə bağlı yeni təkliflər paketi hazırlayıb ki, bu da taxıl təşəbbüsünün dirçəldilməsi üçün əsas olacaq.


Unian xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi birgə mətbuat konfransında bildirmişdi.


Məlum olub ki, paketin ən mühüm elementləri Rusiyanın “Ziraat” bankının (Rosselxozbank) Avropadakı törəməsinin SWIFT sisteminə daxil edilməsi və Rusiya gübrə şirkətlərinin dondurulmuş aktivlərinin azad edilməsidir.


Anadolu agentliyinin məlumatına görə, Rusiya Türkiyəyə 1 milyon ton taxıl göndərməyi, Qətərin maliyyə dəstəyi ilə Türkiyədə emal etməyi, sonra isə zəif inkişaf etmiş ölkələrə göndərməyi təklif edib. Bununla belə, ildə təxminən 33 milyon ton taxıl daşımağa imkan verən Qara Dəniz Taxıl Təşəbbüsünün iş həcmi ilə müqayisədə Rusiyanın təklif etdiyi 1 milyon ton taxılın tələbatdan xeyli aşağı olduğu bildirilir.


Taxılın az olması isə bazarlarda sürətlə bahalaşma və qlobal böhrana səbəb olmaq riskini daşıyır. Təşəbbüs qaldığı yerdən davam edərsə, 220 min ton taxılın daşınmasının 1 il ərzində 810 min insanı qidalandıracağı gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.