İsrailin Tel-Əviv şəhərində eritreyalı mühacirlər nümayiş keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail polisi məlumat yayıb.
Qeyd olunub ki, Eritreya səfirliyi tərəfindən Müstəqillik Günü ilə bağlı təşkil olunan nümayişdə məqsəd festival keçirmək olub.
Lakin nümayiş iğtişaşlarla əvəzlənib. İsrail polisi etirazçılara rezin güllələrlə cavab verib.
Hadisə zamanı 30-u polis olmaqla 160-dan çox adam yaralanıb.
Onlardan 15-nin vəziyyəti ağır qiymətləndirilir.