Hakan Fidan Rusiya və İranla Suriya üzrə danışıqların davam etdirildiyini açıqlayıb - YENİLƏNİB

Türkiyə Rusiya və İranın iştirakı ilə dördtərəfli formatda Suriya ilə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etməyə davam edir.


“Anadolu” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.


“Biz İran və Rusiya ilə birlikdə dördtərəfli formatda Suriya ilə bağlı işi davam etdiririk. Məsələlərin dairəsi genişdir. Sözsüz, hər bir tərəfin razılaşa bilmədiyi məqamlar var. Müzakirələri davam etdiririk”, - o vurğulayıb.


Fidan qeyd edib ki, Türkiyə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması prosesi çərçivəsində “Suriyadan nə görmək istədiyi ilə bağlı açıq gözləntilərini ifadə edib”:


“İlk növbədə, bunlar Suriya hökuməti tərəfindən etibarlı konkret tədbirlərdir ki, suriyalı qaçqınlar Türkiyədən salamat və təhlükəsiz şəkildə öz vətənlərinə qayıda bilsinlər və bizim istiqamətdə yeni qaçqın dalğalarına qarşı tədbirlər görülsün. Biz də Suriyanın terrorla mübarizədə, xüsusən də PKK-ya qarşı bizimlə əməkdaşlığa lazımi diqqət yetirəcək”.

**17:51

Türkiyə xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib.


Bu barədə, o, Tehranda iranlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.


Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsi, Suriya və Liviya kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb.


**14:37

Türkiyə xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abdullahiyan İran Xarici İşlər Nazirliyində görüşüblər.


Türkiyə mediası bildirir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana gələn Fidanı İran Xarici İşlər Nazirliyində iranlı həmkarı Abdullahiyan qarşılayıb.


Qarşılamadan sonra Fidan və Abdullahiyan ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirmək üçün nazirliyin binasına gediblər.


Qeyd edək ki, bu, nazir Fidanın xarici işlər naziri təyin edildikdən sonra İrana ilk səfəridir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.