İsrail İordaniya ilə sərhəddə hasarlar quracaq.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Teleqram-da bildirib.
“Biz Misirlə cənub sərhədində hasarlar qurduq və qanunsuz miqrantların İsrailə girişini dayandırdıq. Bu, ölkəmizi məhv edə biləcək Afrikadan bir milyondan çox qanunsuz miqrantların ölkəyə girişinin qarşısını aldı.
İndi biz İordaniya ilə şərq sərhədində hasarlar quracağıq və o bölgədən də sızmanın qarşısını alacağıq.
Sərhədlərimizi qoruyacağıq – ölkəmizi qoruyacağıq!”, - deyə Baş nazir vurğulayıb.