Soçidə Ərdoğanla Putin arasında görüş keçirilib
YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüş başa çatıb.


TASS xəbər verir ki, müzakirələr 1 saat yarım davam edib.

**15:23

Rusiya-Türkiyə münasibətləri yüksək sürətlə inkişaf edir.


Bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçi şəhərində baş tutan görüşdə deyib.


Rusiya prezidenti iki ölkə arasında əmtəə dövriyyəsinin 86 faiz artdığını və müsbət tendensiyanın bu il də davam etdiyini bildirib.


"Sizin birbaşa iştirakınız sayəsində münasibətlərin inkişaf sürəti özünü qoruyub saxlayır. Diqqətinizə çəkmək istərdim ki, ötən il əmtəə dövriyyəmiz 86 faiz artıb. Bu ilin birinci yarısında bu müsbət tendensiya davam edir", - o deyib.


Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yollanıb.


Məlumata görə, iki ölkə liderinin müzakirəsinin əsas mövzusunu təhlükəsizlik məsələləri ilə yanaşı taxıl sazişinin bərpası təşkil edəcək.

**14:16

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb.


Xarici KİV xəbər verir ki, Putin-Ərdoğan danışıqları Soçidə keçirilir.

**14:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində səfərdədir.


Məlumatı Türkiyə KİV-i yayıb.


O, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

**12:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə yola düşüb.


Məlumatı “TRT Haber” yayıb.


Bildirilib ki, o, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacaqlar.


İki ölkə liderləri BMT-nin yeni şərtlərinə uyğun olaraq “Taxıl sazişi”nin bərpası barədə müzakirəni planlaşdırır. Məlumata görə, BMT-nin əsas təkliflərindən biri Avropa tərəfindən Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.


V.Putin və R.T.Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq. Bundan əlavə, görüşdə Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.


Məlumata görə, Rəcəb Tayyib Ərdoğanı vitse-prezident Cevdet Yılmaz, İstanbulun valisi Davut Gül yola salıb. Onu Türkiyənin xarici işlər naziri Hakan Fidan, texnologiya naziri Mehmet Fatih Kaçır və başqa rəsmilər müşayiət edib.


Qeyd edək ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.


BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb. Avqustun 31-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Hakan Fidan “Taxıl sazişi” barədə fikir mübadiləsi aparıblar. H.Fidan həmin görüşdən sonra BMT-nin “Taxıl saizişi” ilə bağlı yeni təkliflər hazırladığını bildirmişdi. İnformasiyaya əsasən, sammitin gündəliyinin ən əsas məsələsi “Taxıl sazişi”dir.

**09:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin bu gün Soçidə “Taxıl sazişi”nin yeni şərtlərlə bərpasını müzakirə edəcəklər.

 

Bu barədə TASS diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

İki ölkə liderləri BMT-nin yeni şərtlərinə uyğun olaraq “Taxıl sazişi”nin bərpası barədə danışmağı planlaşdırırlar.

 

Məlumata görə, BMT-nin əsas təkliflərindən biri Avropa tərəfindən Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.

 

V.Putin və R.T.Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq.

 

Bundan əlavə, görüşdə Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.

 

Xatırladaq ki, 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.

 

BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.