Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar çox konstruktiv keçib.
Bunu Kremlin sözçüsü Dmitri Peskov Soçidə baş tutan Vladimir Putin-Rəcəb Tayyip Ərdoğan arasında geniştərkibli görüşü şərh edərkən bildirib.
Onun sözlərinə görə, nazirlərin məruzələri istiqamətində danışıqlar çox konstruktiv keçib, məlumatların tam mübadiləsi və "saatların sinxronizasiyası" olub:
"Əməkdaşlığın bütün istiqamətləri üzrə ətrafı təhlil aparılıb. Hazırda görüş təkbətək formatda davam edir".
Peskov Putin və Ərdoğan danışıqlarının yekunları ilə bağlı hər hansı sənədin imzalanmasının planlaşdırılmadığını da söyləyib.