Bu gecə Rusiyanın Kaluqa və Moskva vilayətlərində Ukraynaya məxsus 2 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Təhlükəsizlik tədbirləri üçün Domodedovo, Şeremetyevo və Vnukovo hava limanlarına “Xalça” rejimi tətbiq edilib. Belə ki, bu aeroportlar müvəqqəti olaraq reysləri qəbul etməyib və göndərməyib.
Amma ləngiyən 50-dək reys artıq bərpa edilir. Yeri gəlmişkən, ilk yerli reys Soçiyə, beynəlxalq reys isə İstanbul və Antalyaya yola düşüb.