Zelenski Baxmut istiqamətində döyüşən ukraynalı hərbçilərlə görüşdü
FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut istiqamətində hücum əməliyyatları aparan Ukrayna hərbçilərinin döyüş briqadalarını ziyarət edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisindən məlumat verilib.

 

V.Zelenski 93-cü “Xolodnı Yar” ayrıca mexanikləşdirilmiş briqada, Qış kampaniyasının Cəngavərləri adına 28-ci əlahiddə mexanikləşdirilmiş briqada və ataman İvan Sirko adına 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın yerləşdiyi məkanda olub.

 

O, Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, “Xortitsa” qoşunlarının operativ-strateji qrupunun komandiri Aleksandr Sırski ilə görüşüb və “Liman” OTQ və "Soledar" OTQ-nin cavabdeh olduğu zonalarda operativ vəziyyətlə bağlı məruzələri dinləyib.

 

Prezident tabor komandirləri ilə bölmələrin problem və ehtiyaclarını, xüsusilə də artilleriya mərmiləri, ön xətt hava hücumundan müdafiə sistemləri üçün raketlər, təxliyə maşınları və REM texnikası ilə təminatını ətraflı müzakirə edib.

 

V.Zelenski qeyd edib ki, danışıqların nəticələrinə görə Ali Baş Komandan Qərargahı üçün əlavə suallar yaranıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.