Rusiya qoşunları Zaporojye vilayətinin Rabotino kəndindən “taktiki olaraq geri çəkilib”.
Bunu Zaporojye vilayətinin Rusiya qoşunları tərəfindən işğal olunmuş hissəsinin "qubernator"u vəzifəsini icra edən Yevgeni Balitski "Solovyov Live" Youtube kanalında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, kəndin ərazisi düzənlik olduğu üçün ordunun orada qalması məqsədəuyğun sayılmayıb. Rus hərbçiləri təpələrə çəkilib. Hazırda Ukrayna hərbçilərinin mövqeləri aşağıdadır və Rusiya qüvvələrinin mövqeyi qənaətbəxşdir.
Xatırladaq ki, Ukrayna tərəfi kəndin bir neçə gün əvvəl azad edildiyini açıqlayıb.(APA)