Rusiya taxıl sazişi üzrə yeni təklifləri qiymətləndirib

Rusiya taxıl sazişi üzrə yeni təkliflər Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracını normallaşdırmağa kömək etməyəcək.


Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.


Bəyanatda qeyd olunub ki, BMT-nin təklif etdiyi variantlar Rusiyanın maraqlarına cavab vermir və sazişin bərpası üçün konkret vasitələr təklif etmir.


Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.


Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya taxıl sazişinin bərpası barədə yalnız ölkənin kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa aradan qalxdıqdan sonra düşünə bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.