Rusiyanın Rostov şəhərinə PUA hücumu edilib.
Bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib.
Onun sözlərinə görə, PUA Puşkin küçəsində yaşayış binalarının yanına düşüb. PUA-nın düşdüyü ərazidə fövqəladə vəziyyət elan edilib.
Rusiya Teleqram kanallarında isə bildirilib ki, Cənub Hərbi Dairəsinin yerləşdiyi rayona da PUA düşüb.