ABŞ Prezidenti Co Bayden İyirmilik Qrupunun (G20) sammitində iştirak etmək üçün Yeni Dehliyə səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinin tərkibində dövlət katibi Entoni Blinken və maliyyə naziri Canet Yellen də var.
Amerika Prezidenti G20-dəki həmkarları ilə ilk növbədə Ukraynadakı vəziyyəti, eləcə də inkişaf etməkdə olan ölkələrə yardım məsələlərini müzakirə etmək niyyətindədir.
Baydenin sentyabrın 8-də Hindistanın Baş naziri Narendra Modi ilə görüşü gözlənilir.